“Şəfa” komandası daha bir futbolçunu heyətinə qatıb.
Medianews.az xəbər verir ki, niderlandlı müdafiəçi Kristofer Mamengi ilə 1+1 illik müqavilə imzalanıb.
25 yaşlı oyunçu ölkəsində “Utrext” və “Almere”, Kosovoda isə “Priştina” klublarının formasını geyinib. O, eyni zamanda Niderlandın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib.// Operativ Media