Medianews.az
Pişik müğənnini xəstəxanalıq etdi -
165 baxış

Pişik müğənnini xəstəxanalıq etdi - FOTO

Türkiyəli müğənni Reynmen (Yusuf Aktaş) evində pişiyin hücumuna məruz qalıb. O, müxtəlif nahiyyələrindən xəsarət alıb.

Medianews.az xəbər verir ki, bununla bağlı Reynmen öz sosial media hesabında paylaşım edib.

Hesabında qan ləkələri olan köynəyinin fotosunu paylaşaraq hadisə nəticəsində yaralandığını bildirib.

Reynmen daha sonra tibbi müayinədən keçdiyini, mümkün infeksiya riskinə qarşı profilaktik məqsədlə peyvənd olunduğunu açıqlayıb.

Onun paylaşımı qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Medianews.az

Bizə qoşulun