Rusiyanın Moskva vilayətinin Zveniqorod şəhəri yaxınlığında Su-57 qırıcısı qəzaya uğrayıb.
Medianews.az bildirir ki, bu barədə təhlükəsizlik qurumlarına yaxınlığı ilə tanınan teleqram kanalları məlumat yayıb.
Şahidlərin sözlərinə görə, təyyarə Zveniqorodun Şixovo mikrorayonu ilə Lutsino kəndi arasındakı əraziyə düşüb.
İlkin məlumata əsasən, pilotlar qəzadan əvvəl katapult edə biliblər.
Rusiya Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.