Litvada hökumət dəyişir.
Medianews.az xəbər verir ki, iyunun 18-də imzalanmış koalisiya sazişinə görə, hökuməti Sosial Demokrat Partiyası, Demokratların Litva Uğrunda İttifaqı, Kəndlilər və Yaşıllar İttifaqı qurur.
Yeni koalisiyanın 141 yerlik parlamentdə 75 mandata sahib olduğu bildirilir, baş nazir postunu sosial demokratların lideri Mindauqas Sinkyaviçyusun tutacağı gözlənir.
2024-cü ilin oktyabrında keçirilmiş parlament seçkisində qalib gələn Sosial Demokrat Partiyası Neman Şəfəqi Partiyası və Demokratların Litva Uğrunda İttifaqı ilə koalisiyaya girib, dekabrda Gintautas Palutskas baş nazir kürsüsünə oturub. O, 2025-ci il iyulun 31-də istefa verib, sentyabrda İnqa Ruginenenin baş nazirliyi ilə yeni hökumət qurulub.
2026-cı il iyunun 6-da Neman Şəfəqi Partiyası koalisiyadan çıxarılıb və hökumətin bir daha yenilənməsi zərurəti yaranıb.