Medianews.az
Bu ölkədə fövqəladə vəziyyət
114 baxış

Bu ölkədə fövqəladə vəziyyət ELAN EDİLDİ

Dağıstanın Buynaksk rayonunda baş verən torpaq sürüşməsi nəticəsində yüksək təzyiqli qaz kəməri zədələnib, 11 mindən çox sakin qazsız qalıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə Çankurbe kəndi yaxınlığında qeydə alınıb. Torpaq sürüşməsi nəticəsində yüksək təzyiqli qaz boru kəmərinin qaynaq hissəsində çat əmələ gəlib. Qəzanın qarşısını almaq üçün mütəxəssislər qaz xəttindəki klapanı bağlayaraq sızmanı operativ şəkildə aradan qaldırıblar.

Hadisə nəticəsində Kadar, Karamaxi, Çankurbe, Vanaşimaxi və Çabanmaxi kəndlərinə qaz verilişi dayandırılıb.

Rəsmi məlumata görə, ümumilikdə 2593 abonent, yəni 11 171 nəfər, o cümlədən 2389 uşaq qazsız qalıb.

Hazırda hadisə yerində bərpa işləri davam etdirilir. Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, qaz təchizatının iyulun 1-i axşam saatlarınadək tam bərpa olunacağı gözlənilir.//Ajans.az 

Bizə qoşulun