Medianews.az
Bu bitki yaddaşı kəskinləşdirir və diqqəti artırır –
101 baxış

Bu bitki yaddaşı kəskinləşdirir və diqqəti artırır – Hər evdə var

Müasir həyatın sürətli ritmində bəzən vacib görüşləri və ya sadə detalları belə unutmaq olur. Lakin mütəxəssislər bildirir ki, həll yolu demək olar ki, hər evdə olan bir bitkidə gizlidir.

Medianews.az-ın məlumatına görə, tədqiqatlar göstərir ki, yeməklərə ləzzət verən məşhur rozmarin bitkisi yaddaşı kəskinləşdirir və diqqəti artırır.

İngiltərədə Northumbria Universitetinin apardığı araşdırmada iştirakçılara rozmarin yağı qoxladılıb və bu qrup, qoxusuz mühitdə olanlara nisbətən yaddaş testlərində təxminən 75 faizi daha yaxşı nəticə göstərib.

Rozmarinin tərkibindəki 1,8-sineol maddəsi burun vasitəsilə beyinə çataraq yaddaşın işləmə mexanizmini stimullaşdırır. Bitkinin qoxusu həm də diqqət və fokuslanma qabiliyyətini maksimum səviyyəyə qaldırır.

Ekspertlər xüsusilə diqqət və konsentrasiya problemi olan şəxslərin və imtahan dövründəki tələbələrin rozmarin qoxusundan təbii “zehin açıcı” kimi istifadə edə biləcəyini vurğulayır. Təbii bitkinin forması süni ətirlərdən daha güclü təsir göstərir.

Medianews.az

Bizə qoşulun