Medianews.az
“Bu, Azərbaycan-İsrail münasibətlərinə mənfi təsir etməyə başlayacaq” -
333 baxış

“Bu, Azərbaycan-İsrail münasibətlərinə mənfi təsir etməyə başlayacaq” - Politoloq

İsrailin diasporla iş üzrə naziri Amiçay Çikli deyib ki, Türkiyə bu gün İsrail dövləti üçün ən ciddi təhlükədir. O, bununla kifayətlənməyərək “Türkiyənin təcrid olunması üçün xarici əlaqələrdə hər şeyi etməliyik” ifadəsini işlədib.

Məsələ ilə bağlı Medianews.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib ki, Türkiyənin Avrasiya, o cümlədən Cənubi Qafqazda və Mərkəzi Asiyada rolu artmaqdadır: “İsrailli nazirin sözlərindən isə belə çıxır ki, Tel-Əviv Türkiyənin bu bölgələrdə fəallığına maneələr yaratmalıdır. Bu isə Türkiyə ilə yanaşı Azərbaycanın da milli və təhlükəsizlik maraqlarına ziddir. Təəssüf ki, Tel-Əviv Türkiyənin Azərbaycanın strateji müttəfiqi olmasını gözdən qaçırır. İsrail rəsmiləri anlamalıdırlar ki, Türkiyə əleyhinə ağır ifadələr işlətdikcə bu, Azərbaycan-İsrail münasibətlərinə də mənfi təsir etməyə başlayacaq. Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasını istəyir. Ancaq İsrail və Türkiyə rəsmilərinin bir-birlərinin ünvanlarına qarşılıqlı sərt açıqlamaları indiki şərtlər altında münasibətlərin normallaşmasına imkan vermir”.

Nailə Qasımova,
Medianews.az

 

Bizə qoşulun