Medianews.az
Britaniya müharibəyə qoşulur?
105 baxış

Britaniya müharibəyə qoşulur?

“Böyük Britaniya hökuməti ABŞ və İsrailin İranla apardığı müharibəyə getdikcə daha çox cəlb olunur”. Medianews.az xəbər verir ki, CNN kanalının məsələ ilə bağlı şərhində belə deyilir.

Bildirilir ki, London Kiprdəki hərbi bazasına əlavə hərbi gəmi göndərməyi planlaşdırır: “Britaniyanın baş naziri Kir Starmer israrla bəyan edir ki, onun ölkəsi ABŞ və İsrailin heç bir hücum xarakterli əməliyyatına qoşulmayacaq. Amma Britaniyanın maraqlarının birbaşa hədəfə alınması fonunda ölkənin yenidən vaxtilə İraqda olduğu kimi münaqişəyə sürüklənəcəyi istiqamətində narahatlıqlar artır.

Starmer administrasiyası ABŞ-yə Britaniya bazalarından İranın raket obyektlərinə qarşı “müdafiə xarakterli” zərbələr üçün istifadə etməyə icazə verib. Baş nazir bu addımı müttəfiqlərin “kollektiv özünümüdafiəsi” və Britaniya vətəndaşlarının təhlükəsizliyinin qorunması zərurəti ilə əsaslandırıb.

Britaniya cəmiyyətində isə münaqişəyə qoşulma ideyası populyar deyil. Hakim Leyboristlər Partiyasının bəzi deputatları hökumətə keçmiş səhvləri təkrarlamamaq barədə xəbərdarlıq edirlər.

Məsələ parlament müstəvisinə də daşınıb. Liberal Demokratlar Partiyası məsələnin parlamentdə səsverməyə çıxarılmasını tələb edir.

Beləliklə, rəsmi London münaqişəyə birbaşa qoşulmayacağını bəyan etsə də, regionda Britaniya hərbi obyektlərinin hədəfə alınması və ABŞ ilə koordinasiyalı addımlar ölkənin faktiki prosesə cəlb olunması ehtimalını artırır. Bu isə Britaniya siyasətinin üzərinə yenidən İraq müharibəsinin kölgəsini salır”.

Medianews.az

Bizə qoşulun