Medianews.az
BDU müəlliminin 1.6 milyonu oğurlandı
150 baxış

BDU müəlliminin 1.6 milyonu oğurlandı Oğru “Volt” geyimi ilə...

Bakıda evdən 1.6 milyon manat dəyərində oğurluq edən Məmişov Seymur, əkiz qardaşı Məmişov Teymur və onların dayısı oğlu Rzayev Vüsalın məhkəmə prosesi başa çatıb.

Medianews.az xəbər verir ki, zərərçəkmiş şəxs qismində Teymurla Seymurun doğma xalası Gülnarə Rzayeva tanınıb.

Məlumata görə, pulları oğurlanan qadın Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib.

Hadisəyə gəlincə, cinayətkar qruplaşma oğurluğa gedərkən “Volt” çatdırlma şirkətininin kuryerlər üçün nəzərdə tutulan geyimlərindən istifadə edib. Bu geyimi əldə edən təqsirləndirilən şəxslər kuryer maskası altında gizlənib.

Evə daxil olan qruplaşma üzvləri özləri ilə gətirdiyi alətlə dəmir seyfi kəsməyi bacarıb və saxlanc yerində olan 821 000 dolları ( Hadisə baş verən günün məzənnəsi ilə 1.395.700 manat-red) və 205.000 manatı oğurlayaraq, ümumilikdə zərərçəkənə 1,6 milyon manat ziyan vurublar. Bundan başqa, pulla yanaşı, oğurlananlar arasında dəyəri 7100 manat olan qızıl imza döş nişanı və qızıl sikkə də olub.

Bizə qoşulun