Bayram günlərinin başa çatması ilə ölkə üzrə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların hərəkəti artıb.
Medianews.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində yollarda təhlükəsiz hərəkətlə bağlı çağırış edib.
Müraciətdə bayram günlərində ölkə ərazisində hərəkət intensivliyinin artacağı nəzərə alınaraq, bütün hərəkət iştirakçıları daha diqqətli və məsuliyyətli olmağa çağırılır:
“Sürücülərdən xahiş edirik ki, bunu nəzərə alsınlar, yolda tələskənliyə yol verməsinlər, ötmə və manevr qaydalarına xüsusi diqqət etsinlər, nəqliyyat vasitələri ilə ara məsafəsini qorusunlar. Eyni zamanda, piyadalardan da xahiş edirik ki, yolu keçərkən diqqətli olsunlar və yol hərəkəti qaydalarına ciddi riayət etsinlər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, hər bir yol hərəkəti iştirakçısının qaydalara riayəti ümumi təhlükəsizliyə xidmət edir. Hər kəsin məsuliyyətli davranışı yolumuzun təhlükəsizliyinin təminatıdır”.