Medianews.az
“Barselona” Eli Krupini
121 baxış

“Barselona” Eli Krupini ala bilər

İspaniyanın “Barselona” klubu Madrid “Atletiko”sunun hücumçusu Hulian Alvaresi transfer edə bilməyəcəyi təqdirdə, “Bornmut”un forvardı Eli Krupini heyətinə qatmağı planlaşdırır.

Medianews.az xəbər verir ki, Kataloniya təmsilçisi Alvaresin transferi üçün danışıqları davam etdirsə də, “Atletiko” futbolçunu satmaq niyyətində deyil.

Mənbənin məlumatına görə, alternativ variant kimi 20 yaşlı Fransa U-21 millisinin hücumçusu Eli Krupi nəzərdən keçirilir. Lakin transferin baş tutmasına yüksək qiymət mane ola bilər.

Transfermarkt portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirsə də, “Bornmut” onun üçün ən azı 100 milyon avro tələb edir.

Qeyd edək ki, Eli Krupi 2025-ci ildə “Loryan”dan “Bornmut”a keçib. O, ilk mövsümündə 35 oyunda 13 qol vurub. Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.

Medianews.az

Bizə qoşulun