Özbəkistan milli futbol komandası dünya çempionatında Kolumbiyaya 1:3 hesabı ilə məğlub olduqdan sonra duyğusal addım atıb.
Medianews.az xəbər verir ki, azyaşlı azarkeşlərdən biri məğlubiyyətə görə ağlayıb. Hadisə sosial şəbəkələrdə geniş rezonans doğurub.
Bundan sonra Özbəkistan millisinin futbolçuları balaca azarkeşi komandanın bazasına dəvət edərək onunla görüşüblər. Uşaq Eldor Shomurodov, Abbosbek Fayzullaev və digər oyunçularla tanış olub.
Ona komandanın imzalı forması və müxtəlif hədiyyələr təqdim edilib. Futbolçulardan biri isə azarkeşə uğurlar arzulayıb.
Qeyd edək ki, uşaq və ailəsi Meksikada olarkən Özbəkistan millisinin ABŞ-dakı bazasına dəvət olunub və səfər üçün bütün təşkilati işlər komanda tərəfindən qarşılanıb.
Özbəkistan millisinin növbəti oyunu 23 iyunda Portuqaliyaya qarşı keçiriləcək.
Medianews.az