2000-ci illərin əvvəllərində Türkiyənin ən çox izlənilən musiqi yarışmalarından biri olan "Popstar" proqramında iştirakı ilə tanınan müğənni Rıza Tamer vəfat edib.
O, dünən axşam saatlarında prodüseri Bodrumun Konacık məhəlləsində yerləşən evində özünü pis hiss edib.
Əldə olunan məlumata görə, sənətçinin əvvəlcə ürəyi, daha sonra isə nəfəs almaqda çətinlik çəkib. Onun yaxınları dərhal təcili tibbi yardım çağırıblar.
İlkin tibbi yardım göstərildikdən sonra müğənni təcili yardım vasitəsi ilə Bodrum Dövlət Xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin bütün səylərinə baxmayaraq, Rıza Tamerin həyatını xilas etmək mümkün olmayıb. /News24.az