Medianews.az
Bakı–Daşkənd xəttində yeni mərhələ:
241 baxış

Bakı–Daşkənd xəttində yeni mərhələ: iqtisadi və humanitar əməkdaşlıq genişlənir

“Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırdığını bildirib. Son illər Türk dövlətləri arasında strateji münasibətlərin dərinləşməsi regionun geo-siyası mövqeyini daha da artırıb”. Bunu Medianews.az-a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov  deyib.

İqçisadçı bildirib ki, son 5 ildə Azərbaycan ilə Özbəkistan arasındakı ticarət dövriyyəsi 3 dəfə artaraq 2024-ci ildə 252 milyon dollara çatıb: “2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb. Bu o deməkdir ki, bu ilin ilk 9 ayında ölkələr arasındakı ticarət dövriyyəsi bütövlükdə əvvəlki ilə müqayisədə 27 faiz çoxdur. Deməli, bu ildə də qarşılıqlı ticarət dövriyyəsində illik artım qorunub saxlanılacaq. Bu da tərəflər arasındakə strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq tərəflər həm qeyri-enerji, həm də enerji sahəsində yeni starteji əməkdaşlıq potensialına malikdirlər”.

V.Bayramov qeyd edib ki, Azərbaycan Özbəkistan ilə eyni zamanda iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir: “Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı, birgə sərmayə qoyluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşıdırıb. Özbəkistan Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa edib. Bu isə tərəflərin həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir.

Türk dövlətləri arasındakı strateji münasibətlər inkişaf edir və daha da dərinləşir. Bu Azərbaycan-Özbəkistan münasibətlərində özünü bir daha təsdiq etməkdədir”.

Nailə Qasımova,

Medianews.az

Bizə qoşulun