Mütəxəssislər bağırsaqların orqanizmin “ikinci beyni” hesab olunduğunu və immun sisteminin 70–80 faizinin burada yerləşdiyini bildirirlər. Buna görə də düzgün qidalanma bağırsaq mikrobiomunun qorunmasında həlledici rol oynayır.
Medianews.az xəbər verir ki, diyetoloq Toral Şah bağırsaq sağlamlığı üçün ciddi risklər yaradan bəzi qidaları açıqlayıb.
O bildirib ki, mikrobiom qidaların parçalanmasını, faydalı maddələrin sorulmasını və zərərli patogenlərlə mübarizəni təmin edir.
Onun sözlərinə görə, həftədə ən azı 30 növ tərəvəz və meyvə istehlakı, liflə zəngin qidalar və Aralıq dənizi tipli qidalanma tövsiyə olunur.
Ekspert bağırsaq sağlamlığı üçün risk yaradan əsas qida qruplarını da açıqlayıb:
- Ultra emal olunmuş qidalar – süni dadlandırıcı və qatqılar mikrobiomu pozur.
- Qızardılmış yeməklər – doymuş və trans yağlar bağırsaq florasına mənfi təsir göstərir.
- Yüksək şəkərli məhsullar – rafinə şəkər iltihab riskini artırır.
- Süni dadlandırıcılar – təsirləri ilə bağlı ziddiyyətli nəticələr olsa da, ehtiyatlı istifadə tövsiyə edilir.
Mütəxəssislər balanslı qidalanmanın bağırsaq və ümumi sağlamlıq üçün əsas şərt olduğunu vurğulayırlar.
Medianews.az