Yanvarın 6-da “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 65,80 dollara satılır.
Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” ilə 65,71 dollarla start verib.
İxracatçıların OPEK+ koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.
Medianews.az bildirir ki, koalisiyada başqa kvotalar belədir:
Səudiyyə Ərəbistanı - 10 milyon 103 min barrel
Rusiya - 9 milyon 574 min barrel
İraq - 4 milyon 273 min barrel
Birləşmiş Ərəb Əmirlikləri - 3 milyon 411 min barrel
Küveyt - 2 milyon 580 min barrel
Meksika - 1 milyon 753 min barrel
Qazaxıstan - 1 milyon 569 min barrel
Nigeriya - 1 milyon 500 min barrel
Əlcəzair - 971 min barrel
Oman - 811 min barrel
Malayziya - 401 min barrel
Konqo - 277 min barrel
Bəhreyn - 196 min barrel
Qabon - 177 min barrel
Cənubi Sudan - 124 min barrel
Bruney - 83 min barrel
Ekvatorial Qvineya - 70 min barrel
Sudan - 64 min barrel.
OPEK-ə Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir, Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan tərəfdaşlar sayılır.