Azərbaycanın iki rəsmi qəzeti dövriliyini dəyişib.
Medianews.az bildirir ki, “Xalq qəzeti” və “Azərbaycan” qəzeti həftədə 6 dəfə yox, 5 dəfə çap olunmağa başlayıb. Hər iki qəzet bazar saylarını ləğv edib. Bu qəzetlər köşklərə çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə və şənbə günləri çıxacaq.
“Xalq qəzeti” Prezidentin İşlər İdarəsinin nəşri, “Azərbaycan” qəzeti Milli Məclisin orqanıdır.
Daha bir rəsmi qəzet - Prezidentin İşlər İdarəsinin nəşri olan rusdilli “Bakinski raboçi” həftəlikdir, şənbə günləri işıq üzü görür.
Toğrul Əli,
Medianews.az

