Azərbaycan ərazisindən Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması regionun iqtisadi potensialının inkişafı üçün əlavə imkanlar açır.
Medianews.az Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Çimkənddə keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, bu, nəqliyyat və logistika infrastrukturunun şaxələndirilməsinin xarici ticarətin stimullaşdırılmasına necə kömək etdiyinin bariz nümunəsidir.
Daxili bazarların qorunması barədə danışan Qriqoryan vurğulayıb ki, sistemli monitorinq təkcə yaranan disbalansı tez bir zamanda müəyyən etməyə deyil, həm də daxili bazarı qorumaq və yerli istehsalçıları dəstəkləmək üçün effektiv tədbirlərin hazırlanmasına imkan verir.
Avrasiya Hökumətlərarası Şurasının iclası 26-27 mart tarixlərində keçirilir. Bir gün əvvəl müşahidəçi dövlətlərin nümayəndələrinin iştirak etmədiyi məhdud iştiraklı iclas keçirilib.