Azərbaycanda dövlət qeydiyyatına alınmış 26 siyasi partiyandan yalnız birinin rəhbəri qadındır: 2026-cı il yanvarın 24-də Ana Vətən Partiyasının sədri seçilmiş Günay Ağamalı.
Ana Vətən Partiyası 1990-cı il noyabrın 24-də yaradılıb, 1992-ci il avqustun 11-dən dövlət qeydiyyatındadır.
65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən Milli Məclisin deputatı olan 1983-cü il təvəllüdlü Günay Ağamalı Ana Vətən Partiyasının qurucusu, mərhum siyasətçi Fəzail Ağamalının qızıdır.
Fəzail Ağamalı Ana Vətən Partiyasına yarandığı gündən 2026-cı il yanvarın 24-dək sədrlik edib.

Azərbaycandakı qalan 25 siyasi partiyada kişilər rəhbərdir:
Ağ Partiya
Azad Vətən Partiyası
Azərbaycan Demokrat Partiyası
Azərbaycan Demokratik Maarifçilik Partiyası
Azərbaycan Xalq Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Ümid Partiyası
Böyük Azərbaycan Partiyası
Böyük Quruluş Partiyası
Demokratik İslahatlar Partiyası
Ədalət Partiyası
Ədalət, Hüquq, Demokratiya Partiyası
Gələcək Azərbaycan Partiyası
Haqq-Ədalət Partiyası
Klassik Xalq Cəbhəsi Partiyası
Milli Cəbhə Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası
Müasir Müsavat Partiyası
Müsavat Partiyası
Respublikaçı Alternativ Partiyası
Vəhdət Partiyası
Vətəndaş Həmrəyliyi Partiyası
Yeni Azərbaycan Partiyası
Yeni Zaman Partiyası.
Tarixə nəzər salsaq, Azərbaycanda daha bir partiyaya qadın rəhbərlik edib. Lalə Şövkət (Hacıyeva) 1995-2003-cü illərdə qurucusu olduğu Liberal Partiyasında sədr postunu tutub, sonradan lider statusu alıb. 2023-cü il iyunun 24-də Liberal Partiya fəaliyyətini dayandırıb.