Medianews.az
Azərbaycanda bu nazir postu bir ildir boşdur
208 baxış

Azərbaycanda bu nazir postu bir ildir boşdur

2025-ci il fevralın 5-dən ekologiya və təbii sərvətlər naziri vəzifəsi boşdur.

Medianews.az xatırladır ki, həmin gün Muxtar Babayev nazir postundan çıxarılaraq Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. Yeni nazir təyin olunmayıb, vəzifənin müvəqqəti icrası ilə bağlı rəsmi sənəd də açıqlanmayıb.

Ekologiya və təbii sərvətlər nazirinin bir birinci müavini, üç müavini var. Birinci müavin postunu Rəşad İsmayılov tutur. 1979-cu il təvəllüdlü Rəşad İsmayılov Mənzil İnşaatı Dövlət Agentliyinin şöbə müdiri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının şöbə müdiri, rəhbəri olub. 15 avqust 2024-cü ildən ekologiya və təbii sərvətlər nazirinin birinci müavinidir.

Nazir müavini vəzifəsində bu şəxslər əyləşir: Rauf Hacıyev, Vüqar Kərimov, Umayra Tağıyeva.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2001-ci il mayın 23-də yaradılıb, ölkə ərazisində və Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində suların bioloji sərvətlərindən səmərəli istifadə, onların qorunması, təbiətdən istifadənin təşkili, yeraltı sulardan və yerüstü təbii sərvətlərdən, mineral xammal ehtiyatlarından səmərəli istifadə, onların bərpası, yerin təkinin geoloji öyrənilməsi, mühafizəsi, habelə torpaqların münbitliyinin bərpası və artırılması, bu məqsədlə onların monitorinqi, bioloji müxtəlifliyin (flora (o cümlədən meşə və yaşıllıqlar), fauna (balıq və digər su bioresursları istisna olmaqla), xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri), atmosfer havasının mühafizəsi, ovçuluq təsərrüfatlarının, ov yerlərinin və ov obyektlərinin mühafizəsi və onlardan istifadə, tullantılarla bağlı fəaliyyət, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması, habelə geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və xəritəçəkmə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Medianews.az

Bizə qoşulun