Medianews.az
Azərbaycanda beş valyutanın üç ayı
79 baxış

Azərbaycanda beş valyutanın üç ayı

Azərbaycan Mərkəzi Bankı martın 31-də 100 Türkiyə lirəsini 3 manat 82 qəpiyə təklif edib. Medianews.az bildirir ki, bu, ilin siftəsindən 13 qəpik aşağı qiymət olub.

2026-cı il 3 manat 95 qəpiklə başlayıb.

Gürcüstan larisinin rəsmi məzənnəsi üç ayda 0,6305 manatdan 0,6313 manata yüksəlib, 100 Rusiya rublunun kursu 2,1157 manatdan 2,0898 manata düşüb.

İlə 1,9859 manatla start verən avro martın 31-də 1,9498 manata satılıb.

ABŞ dollarının rəsmi məzənnəsi 2018-ci il martın 7-dən 1,7 manatdır.

Medianews.az

Bizə qoşulun