Medianews.az
Azərbaycan: qadınlar 10,7 il, kişilər 11 il qocalıb
1,956 baxış

Azərbaycan: qadınlar 10,7 il, kişilər 11 il qocalıb

Rəsmi rəqəmlərə görə, Azərbaycanda demoqrafik qocalma gedir: 1991-2024-cü illərdə qadınların orta yaşı 10,7 il, kişilərin orta yaşı 11 il artıb.

Medianews.az bildirir ki, Dövlət Statistika Komitəsinin hesabatı müstəqilliyin bərpa olunduğu 1991-ci ildə ölkədə qadınların orta yaşını 25,5, kişilərin orta yaşını 22,8 göstərib.

Statistikaya görə, 1995-ci ildə qadınların orta yaşı 26,6-ya, kişilərin orta yaşı 24-ə yüksəlib.

2000-ci ildə qadınların orta yaşı 26,3, kişilərin orta yaşı 24,7 olub.

2005-ci ildə qadınların orta yaşı 28,5-ə, kişilərin orta yaşı 26,4-ə çatıb.

2010-cu ildə qadınlarda orta yaş 30,3, kişilərdə 28 həddində rəsmiləşib.

2015-ci ili qadınlar 32,1, kişilər 29,6 orta yaş, 2020-ci ili qadınlar 33,9, kişilər 31,8 orta yaşla yola salıb.

2024-cü ilin hesabatında qadınların orta yaşı 36,2, kişilərin orta yaşı 33,8-dir.

2025-ci ilin əvvəlinə Azərbaycan əhalisinin 28,2 faizi 19 yaşadək, 1,2 faizi 80 və daha yuxarı yaşda şəxslər olub.

70-79 yaşlıların ümumi əhaliyə nisbəti 4,1 faiz, 60-69 yaşlıların nisbəti 10,3 faiz, 50-59 yaşlıların nisbəti 11,4 faiz göstərilib.

35-49 yaşlıların əhalidə xüsusi çəkisi 23,1 faiz, 20-34 yaşlıların xüsusi çəkisi 21,7 faiz həddində rəsmiləşib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun