Medianews.az
Azərbaycan nefti 80 dollar həddindən endi
153 baxış

Azərbaycan nefti 80 dollar həddindən endi

İyunun 24-də “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinin qiyməti 79,76 dollara düşüb.

Medianews.az bildirir ki, bu, ayın siftəsindən 25 dollara yaxın aşağı göstəricidir.

Neft fevralın 28-dən İran ətrafında gərginlik dalğasında bahalaşıb, iyun ayından yumşalma fonunda əks proses başlayıb.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb. “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58 dollarla başlayıb.

Medianews.az 

Bizə qoşulun