Medianews.az
Azərbaycan mediası 2026-cı ilin dövlət büdcəsindən nə götürür?
171 baxış

Azərbaycan mediası 2026-cı ilin dövlət büdcəsindən nə götürür?

2026-cı ilin dövlət büdcəsində televiziya, radio və nəşriyyat istiqaməti üzrə 78,7 milyon manat xərc nəzərdə tutulub.

Medianews.az bildirir ki, vəsaitin 42,3 milyon manatı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, 21,7 milyon manatı İctimai Televiziya və Radio Yayımları Şirkətinin, 7,1 milyon manatı Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) payına düşür.

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan milli nümayəndəliyinə ayrılan vəsait 658,8 min manat, Mədəniyyət Nazirliyinə ayrılan vəsait 256,3 min manat, radio və televiziya redaksiyalarının saxlanması üçün ayrılan vəsait 32,2 min manat göstərilir.

Medianın İnkişafı Agentliyi büdcədən 6,4 milyon manat alır.

Başqa bir istiqamət üzrə xərclərin 2,5 milyon manatı Audiovizual Şuraya düşür.

2026-cı ilin büdcə zərfi dekabrın 29-da təsdiqlənib.

Medianews.az-ın məlumatına görə, dövlət büdcəsində 38 milyard 609 milyon manat gəlir, 41 milyard 703,6 milyon manat xərc proqnozlaşdırılır.

Dövlət Sosial Müdafiə Fondunun büdcəsində gəlir proqnozu 8 milyard 323,1 milyon manat, xərc proqnozu 8 milyard 483 milyon 70 min manatdır.

İşsizlikdən sığorta fondunun büdcəsində gəlir 238,3 milyon manat, xərc 266,4 milyon manat həddində rəsmiləşib.

2026-cı il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi 300 manat olacaq.

Toğrul Əli,
Medianews.az

 

Bizə qoşulun