Medianews.az
Azərbaycan Çexiyadan nə alır?
152 baxış

Azərbaycan Çexiyadan nə alır?

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin və Çexiyanın Baş naziri Andrey Babişin iştirakı ilə keçirilən biznes-forumda iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələləri müzakirə edildi. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ölkələr arasında iqtisadi əməkdaşlığı daha da inkişaf etdirərək şaxələndirmək üçün böyük potensial var. Əsas prioritet qeyri neft-qaz sektoru üzrə dərinləşmiş əməkdaşlığa nail olmaqdır.

Bəs, Azərbaycan Çexiyadan hansı məhsulları alır?

Medianews.az-ın sualını cavablandıran iqtisadçı deputat Vüqar Bayramov deyib ki, 2025-ci ildə Azərbaycan Çexiya ilə 841 məhsul kodu üzrə idxal və ixrac əməliyyatları həyata keçirib: “Ötən il Azərbaycan və Çexiya arasındakı ticarət dövriyyəsi 814 milyon dollar olub ki, onun da 745 milyon dolları ixrac, 69 milyon dolları isə idxal olub.

Çexiyadan dərman vasitələri (1 milyon 219 min dollar), şəkərdən hazırlanan digər qənnadı məmulatları (734 min dollar), natrium sianidlər (691 min dollar), minik avtomobilləri üçün rezin şinlər (662 min dollar), plastik borular və şlanqlar (555 min dollar), metal konstruksiyalar (630 min dollar), immunoloji məhsullar (440 min dollar), plastik kütlədən hazırlanmış santexnika məmulatları (297 min dollar), maqnezium sulfat (208 min dollar) və digər məhsullar idxal olunub.

Çexiya ixracatımızın əhəmiyyətli hissəsi faizi xam neft və neft məhsullarıdır. Ötən il Azərbaycan Çexiyaya 742.2 milyon dollarlıq xam neft və neft məhsulları göndərib. Bu baxımdan Çexiyanın Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında neftdən kənar sektorlar üzrə əməkdaşlığı gücləndirə bilər”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun