Medianews.az
Azər Mursaqulov kabinetin ilk dördlüyündə yer aldı
151 baxış

Azər Mursaqulov kabinetin ilk dördlüyündə yer aldı

Fevralın 10-da Dövlət Statistika Komitəsinin sədri postuna təyinat alan Azər Mursaqulov Nazirlər Kabinetində dördüncü ən gənc şəxsdir. O, 1981-ci ildə doğulub.

Medianews.az bildirir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev 1986-cı il, kənd təsərrüfatı naziri Məcnun Məmmədov 1983-cü il, elm və təhsil naziri Emin Əmrullayev 1982-ci il təvəllüdlüdür.

Maliyyə naziri Sahil Babayev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 1980-ci ildəndir.

Ədliyyə naziri Fərid Əhmədov, gənclər və idman naziri Fərid Qayıbov, mədəniyyət naziri Adil Kərimli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 1979-cu, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov 1977-ci, iqtisadiyyat naziri Mikayıl Cabbarov 1976-cı, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 1975-ci, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov 1974-cü, xarici işlər naziri Ceyhun Bayramov 1973-cü, səhiyyə naziri Teymur Musayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 1970-ci ildə dünyaya gəlib.

Energetika naziri Pərviz Şahbazov 1969-cu, daxili işlər naziri Vilayət Eyvazov 1968-ci, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 1967-ci, baş nazirin müavini Şahin Mustafayev 1965-ci, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1962-ci, baş nazirin müavini Samir Şərifov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov 1961-ci il təvəllüdlüdür.

Müdafiə naziri Zakir Həsənov 1959-cu, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev 1958-ci, baş nazir Əli Əsədov 1956-cı, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov 1954-cü, baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci ildə doğulub.

Ekologiya və təbii sərvətlər naziri postu boşdur.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun