“Axşam yeməyinin sonunda darçınla bişmiş alma yemək həzm problemlərini azaltmağa kömək edə bilər”.
Medianews.az xəbər verir ki, bunu diyetoloq Oskar Urtado deyib.
Onun sözlərinə görə, bu meyvədə çoxlu pektin var və o, bağırsaq fəaliyyətini yaxşılaşdırır.
Pektin bəzi patogen bakteriyaları özünə cəlb edir və onlar orqanizmdən xaric olunur. Bundan əlavə, bişmiş alma antioksidantlarla zəngindir, bu da orqanizmi sərbəst radikallardan qoruyur və ürək-damar xəstəlikləri riskini azaldır.
Medianews.az