Medianews.az
“Avroviziya 2026”:
414 baxış

“Avroviziya 2026”: 30 ölkə bəllidir

“Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində iştirakını təsdiqləyən ölkələrin sayı 30-a çatıb: Albaniya, Almaniya, Avstraliya, Avstriya, Azərbaycan, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Fransa, Xorvatiya, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Monteneqro, Norveç, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Serbiya, Ukrayna, Yunanıstan.

Medianews.az bildirir ki, Avstriyanın paytaxtı Vyananın ev sahibliyi edəcəyi yarışın birinci yarımfinalı mayın 12-nə, ikinci yarımfinalı 14-nə, finalı 16-na təyin olunub.

İsrail, İrlandiya, İspaniya, Niderland, Sloveniya, Belçika, Finlandiya və İslandiyanın yarışa qatılması sual altındadır, iştirakları gözlənən Ermənistan və Gürcüstan hələ qərar verməyib.

1956-cı ildən keçirilən “Avroviziya” yarışması ictimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin layihəsidir. 69 dəfə keçirilmiş müsabiqədə İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun