Medianews.az avro zonası ölkələrinin yenilənmiş siyahısına nəzər salıb.
Nağdsız dövriyyəyə 1999-cu il yanvarın 1-də buraxılan avro 2002-ci il yanvarın 1-dən real pul vahidi kimi işlədilir.
Avropa İttifaqının 21 ölkəsi avronu milli valyuta sayır: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan.
Daha 6 ölkə avro zonasına daxildir: Andorra, Kosovo, Monako, Monteneqro, San Marino, Vatikan.
Azərbaycan Mərkəzi Bankı yanvarın 5-də avronu 1,9859 manata satır.