Azadlıqdan məhrum edilmiş "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın keçmiş həyat yoldaşı Denis canlı yayımda bəzi açıqlamalar verib.
Denis İlduzə ilə küsülü olmadığını, amma yollarının birdəfəlik ayrıldığını deyib.
O, canlı yayımda izləyicilərin suallarını cavablandırıb və canlı yayımı yekunda 14 min nəfərin izlədiyini söyləyib.
Həmin videonu təqdim edirik:
Xatırladaq ki, iyulun 2-də Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən İlduzə Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
O, 2025-ci ilin iyununda paytaxtın Mərdəkan qəsəbəsində bir nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnmiş avtomobil qəzasında təqsirli bilinib.