Medianews.az
Arıqlamağa ən çox kömək edən qida açıqlanıb -
93 baxış

Arıqlamağa ən çox kömək edən qida açıqlanıb - ARAŞDIRMA

Miçiqan Universitetində aparılan araşdırmaya görə, qaragilə arıqlama prosesində ən təsirli qidalardan biri hesab olunur.

Medianews.az xəbər verir ki, tədqiqat müəlliflərindən Dr. Nil Barnard arıqlamaq istəyənlərə bu meyvəni rasiona daxil etməyi tövsiyə edib.

Mütəxəssisin sözlərinə görə, liflə zəngin olan qaragilə şəkərə olan ehtiyacı azaldır, rafinə olunmuş şəkərdən uzaq durmağa kömək edir və maddələr mübadiləsinə müsbət təsir göstərir. Onun tərkibindəki antosianinlər iştaha və yağ yandırılmasına təsir edə bilər. Qaragilə yeyə bilməyənlər üçün moruq kimi digər meşə meyvələri alternativ sayılır.

Universitetin Ürək-Damar Mərkəzinin məlumatına əsasən, qaragilə ilə zəngin pəhriz daxili orqanların ətrafında toplanan piy qatının azalmasına kömək edə bilər. Mütəxəssislər bildirirlər ki, nəticə əldə etmək üçün ən azı 90 gün balanslı və sağlam qidalanma proqramına əməl olunmalıdır. Sağlamlıqla bağlı hər hansı problem yarandıqda isə həkimə müraciət etmək tövsiyə edilir.

Medianews.az

 

Bizə qoşulun