Medianews.az
Antuan Qrizman "Atletiko Madrid"i
208 baxış

Antuan Qrizman "Atletiko Madrid"i ABŞ klubuna dəyişir

"Atletiko Madrid"in məşhur fransalı futbolçu Antuan Qrizman karyerasını ABŞ-nin "Orlando Siti" klubunda davam etdirməyə yaxındır.

Bu barədə məşhur jurnalist və insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, ulduz futbolçunun keçidi ilə bağlı razılıq əldə olunub.

Qeyd olunur ki, ABŞ klubu əvvəlcə transferi mart ayında başa çatdırmaq istəyində imiş. Lakin sonra hücumçunu mövsümün sonuna qədər "Atletiko"da saxlamaq qərarına gəlib.

Futbolçunun yeni klubu ilə iki illik müqavilə bağlayacağı iddia olunur. Anlaşmanın yayda qüvvəyə minəcəyi gözlənilir.

Məlumata görə, fransalı forvardın müqavilənin son detalları barədə razılığa gəlmək üçün növbəti 24 saat ərzində ABŞ-yə yollanacağı gözlənilir.

Qeyd olunur ki, Madrid klubu ilə müqaviləsinin müddəti bitdikdən sonra o, komandadan azad agent kimi ayrılaraq "Orlando Siti"yə qoşulacaq.//Oxu.az 

Bizə qoşulun