Medianews.az
Ankarada İŞİD-in gizləndiyi evə basqın:
102 baxış

Ankarada İŞİD-in gizləndiyi evə basqın: bir nəfər öldürüldü

Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO Zirvəsi öncəsi təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən antiterror əməliyyatı zamanı bir İŞİD üzvü zərərsizləşdirilib, daha bir terrorçu isə yaralı halda saxlanılıb.

Medianews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat Ankaranın Haymana rayonunun Sazağası məhəlləsində həyata keçirilib.

Məlumata görə, kəşfiyyat və müşahidə tədbirlərindən sonra Polis Xüsusi Əməliyyatları (PÖH) qrupları İŞİD terror təşkilatının üzvləri M.K. və həyat yoldaşı N.K.-nın gizləndiyi təhlükəsiz evə basqın ediblər.

Təhlükəsizlik qüvvələrinin "təslim olun" çağırışına terrorçular silahla cavab veriblər. Nəticədə tərəflər arasında atışma baş verib.

Əməliyyat zamanı təhlükəsizlik qüvvələrinə atəş açan İŞİD üzvü M.K. öldürülərək zərərsizləşdirilib. Onun həyat yoldaşı N.K. isə yaralı vəziyyətdə ələ keçirilib.

İlkin tibbi yardım göstərildikdən sonra qadın terrorçu gücləndirilmiş təhlükəsizlik tədbirləri altında xəstəxanaya aparılıb və nəzarətə götürülüb.

Qeyd edək ki, Türkiyədə iyulun 7-8-də keçiriləcək NATO Zirvəsi öncəsi təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Hadisə ilə bağlı geniş araşdırma aparılır.

Medianews.az 

Bizə qoşulun