Medianews.az
Anhel Korreanın yeni klubu
140 baxış

Anhel Korreanın yeni klubu bəlli oldu

"River Pleyt" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Medianews.az xəbər verir ki, "Tiqres"dən Anxel Korrea transfer edilib. Bu barədə Argentina klubunun mətbuat xidməti məlumat yayıb.

Argentina millisinin sabiq üzvü üçün Meksika klubuna 13 milyon avro təzminat ödənilib. 31 yaşlı hücumçu ilə 2029-cü ilin 31 dekabr tarixinə kimi müqavilə imzalanıb.

Qeyd edək ki, "Tiqres" Anxel Korreanı 2025-ci ilin yayında "Atletiko"dan 8 milyon avroya transfer etmişdi. Təcrübəli forvard komandanın heyətində meydana çıxdığı 44 rəsmi matçda 23 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.//Qol.az

Bizə qoşulun