Medianews.az
Ukrayna Xəzərdəki
120 baxış

Ukrayna Xəzərdəki hədəfləri vurdu

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyaya məxsus hava hücumundan müdafiə sistemlərinə, hərbi gəmiyə və Xəzər dənizində yerləşən bir sıra obyektlərə zərbələr endirdiyini açıqlayıb.

Medianews.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində Rusiyanın S-400 zenit-raket kompleksinin elementləri vurulub, "Tor-M2" hava hücumundan müdafiə kompleksi, "Pole-21" radioelektron mübarizə sistemi, eləcə də FPV pilotsuz uçuş aparatlarının saxlanıldığı iki anbar məhv edilib.

Həmçinin qeyd olunub ki, Xəzər dənizində yerləşən Filanovski adına neft yatağının hasilat platforması, "Port Olya 2" və "Begey" yük gəmiləri, eləcə də 12418 layihəli "Molniya" raket kateri də zərbələrin hədəfi olub.

Qeyd edək ki, Rusiya tərəfi hələlik Ukrayna Təhlükəsizlik Xidmətinin bu iddialarına münasibət bildirməyib.//Axar.az

Bizə qoşulun