"Mançester Siti" futbolçusu, Özbəkistan millisinin müdafiəçisi Abduqodir Xusanovla yeni müqavilə imzalayıb.
Medianews.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
22 yaşlı futbolçunun yeni sözləşməsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi isə 2029-cu ilin yayında başa çatmalı idi.
Xusanov 2025-ci ilin yanvarında "Lans"dan "Mançester Siti"yə keçib. O, bu müddətdə bütün turnirlərdə 47 oyuna çıxıb, 1 qol vurub. Müdafiəçi İngiltərə Kuboku və Liqa Kubokunu qazanıb.//Qol.az//