Medianews.az xəbər verir ki, 2023–2025-ci illər üzrə viruslu hepatitlə bağlı qeydə alınmış xəstələnmə hallarının statistikasını təqdim edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkədə viruslu hepatit üzrə 429, 2024-cü ildə 634, 2025-ci ildə isə 123 yoluxma halı qeydə alınıb.
Növlər üzrə göstəricilər belədir:
Hepatit A: 2023-cü ildə 224, 2024-cü ildə 441, 2025-ci ildə 14 hal;
Hepatit B: 2023-cü ildə 72, 2024-cü ildə 51, 2025-ci ildə 62 hal;
Hepatit C: 2023-cü ildə 133, 2024-cü ildə 142, 2025-ci ildə 47 hal qeydə alınıb.
Beləliklə, rəsmi statistikaya əsasən, viruslu hepatit üzrə ümumi qeydə alınmış yoluxma halları 2024-cü illə müqayisədə 2025-ci ildə 634 nəfərdən 123 nəfərə enərək təxminən 81 faiz azalıb.
Ən böyük azalma Hepatit A üzrə müşahidə olunub. (Yenisabah.az)