Medianews.az
İki Avtobus Toqquşdu:
131 baxış

İki Avtobus Toqquşdu: 35 nəfər həlak olub

Suriyanın şərqində iki avtobusun toqquşduğu yol-nəqliyyat hadisəsində azı 35 nəfər həlak olub, daha 30 nəfər isə yaralanıb.

Medianews.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat verib.

Məlumata görə, qəza Deyr-əz-Zor və Dəməşq şəhərləri arasındakı magistral yolda baş verib.

Suriya Müdafiə Nazirliyi yaralıların Homsdakı hərbi hospitala daşınması üçün bir neçə helikopter ayırıb.

Qeyd edək ki, Bundan əvvəl agentlik 5 nəfərin həlak olduğunu və 37 nəfərin xəsarət aldığını bildirmişdi.//Teleqraf

Bizə qoşulun