Medianews.az
Hacıqabulda avtomobil yeraltı keçidə aşıb,
131 baxış

Hacıqabulda avtomobil yeraltı keçidə aşıb, yaralananlar var

Bakı-Qazax magistralının Hacıqabul rayonu, Nəvahi qəsəbəsinin ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az xəbər verir ki, hadisə bu gün saat 12 radələrində qeydə alınıb.

Belə ki, Gəncə sakini Dəmir Əli oğlu İsmayilov idarə etdiyi "Mercedes" markalı, 77-EV0-029 dövlət nömrə nişanlı avtomobilində idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxıb və dəmir səddi qıraraq yeraltı keçidə aşıb.

Nəticədə sürücü ilə yanaşı sərnişini - Gəncə sakini Yeganə Şəmil qızı Bayramova xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun