Medianews.az
Altsheymer xəstəliyində “gizli mərhələ” aşkar edilib:
90 baxış

Altsheymer xəstəliyində “gizli mərhələ” aşkar edilib: ilkin dəyişikliklər 50 yaşlarda başlayır

Alimlər altsheymer xəstəliyinin yaddaş itkisi kimi əlamətlərdən illər əvvəl başlayan “gizli mərhələsini” müəyyən ediblər.

Medianews.az xəbər verir ki, aparılan tədqiqatda təxminən 2100 nəfər iştirak edib.  

Araşdırma göstərib ki, beyinlə bağlı bioloji dəyişikliklər əsasən 50 yaşların sonundan etibarən sürətlənir.

Tədqiqat nəticələrinə görə, xəstəlik klinik əlamətlər vermədən uzun müddət əvvəl beyində struktur dəyişikliklər başlayır. Xüsusilə 50-70 yaş aralığı riskin artdığı dövr kimi göstərilir.

Alimlər bildirirlər ki, yeni nəsil qan analizləri bahalı beyin müayinələri qədər dəqiq nəticə verə bilər və risk qrupundakı şəxslərin erkən müəyyənləşdirilməsində mühüm rol oynayır.

Tədqiqatın müəlliflərindən Minçjao Hu qeyd edib ki, altsheymer bağlı bioloji dəyişikliklərin əksəriyyəti məhz 50 yaşlardan sonra sürətlənir.

Digər tədqiqatçı Conatan Qraff-Radford isə erkən skrininqin vacibliyini vurğulayaraq bildirib ki, xəstəliyin izlənməsi artıq gec mərhələdən deyil, erkən diaqnostikadan başlamalıdır.

Medianews.az

Bizə qoşulun