Medianews.az
Alan Pardyu:
87 baxış

Alan Pardyu: "Vinisius o kluba getsə, əla olar"

İngiltərənin “Nyukasl” klubunun sabiq baş məşqçisi Alan Pardyu hesab edir ki, "Real Madrid"in ulduzu Vinisius Juniorun “Arsenal”a mümkün transferi London təmsilçisi üçün ideal seçim olardı.

Medianews.az xəbər verir ki, o bildirib ki, “Arsenal”ın heyətində demək olar ki, hər mövqe yüksək səviyyədə formalaşıb, lakin komandaya oyunun taleyini təkbaşına həll edə bilən sol cinah oyunçusu çatışmır.

Onun sözlərinə görə, Vinisius kimi futbolçu matçın son dəqiqələrində iki rəqibi keçərək həlledici qolu vura biləcək səviyyəyə malikdir.

Pardyu əlavə edib ki, braziliyalı futbolçunun “Real”la müqaviləsinin başa çatmasına bir il qalıb və klub onu yeni müqaviləyə razı salmağa çalışır. Təcrübəli mütəxəssis hesab edir ki, Vinisiusun Londona köçməsi onun üçün cəlbedici seçim ola bilər.

Medianews.az

Bizə qoşulun