Medianews.az
Ağdamda ata və iki azyaşlı övladı
114 baxış

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

Ağdamda bədbəxt hadisə baş verib.

Medianews.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.

İlkin məlumata əsasən, ata iki azyaşlı övladı ilə birlikdə su anbarında çimərkən batıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun