Yaponiya Baş naziri Sanae Takaiçinin Ağ Evdə rəqs etdiyi görüntülər həm beynəlxalq mətbuatda, həm də Yaponiyada ciddi tənqidlərə səbəb olub.
Medianews.az xəbər verir ki, Ağ Ev tərəfindən yayımlanan görüntülərdə Takaiçinin ABŞ Prezidenti Donald Trampla birlikdə Dövlət Yeməkxanasında olduğu və rəqs etdiyi anlar yer alıb.
Görüntülərin yayılmasından sonra sosial mediada geniş müzakirələr başlayıb.

Bir çox yapon istifadəçi baş nazirin davranışını tənqid edərək bunu “gəzən milli rüsvayçılıq” kimi qiymətləndirib. Xüsusilə ABŞ-Yaponiya münasibətlərinin tarixi fonu səbəbindən görüntülər cəmiyyətdə narazılıqla qarşılanıb.
Müzakirələrə səbəb olan digər məqam isə Donald Trampın Pearl Harbor hücumuna eyham vurması olub. O, jurnalistin sualına cavab verərkən “Sürprizlərə gəldikdə Yaponiyadan daha yaxşı kim bilir?” ifadəsini işlədib. Bu sözlər bəzi media orqanları tərəfindən Yaponiyaya istehza kimi qiymətləndirilib.

Bundan əlavə, Sanae Takaiçinin Donald Tramp haqqında səsləndirdiyi “Dünyaya sülh gətirə biləcək yeganə insan” fikri də Yaponiyada birmənalı qarşılanmayıb və tənqidlərə səbəb olub.
Ağ Evdə çəkilən rəqs görüntüləri və verilən açıqlamalar Yaponiyada siyasi müzakirələri yenidən alovlandırıb və sosial mediada reaksiyalar artmaqda davam edir.
Medianews.az