Medianews.az
Aeroportda “bomba var” dedi,
92 baxış

Aeroportda “bomba var” dedi, 3 il şərti cəza aldı

Rusiyada Novosibirsk vilayətində məhkəmə aeroportda “bomba var” deyə zarafat edən bir kişiyə hökm çıxarıb.

Medianews.az xəbər verir ki, hadisə Tolmaçovo hava limanı ərazisində baş verib.

Məlumata görə, 14 yanvar tarixində kişi kafedə olarkən çantasını başqa sərnişinin yanında qoyub və orada partlayıcı qurğu olduğunu, tezliklə partlayacağını deyib. Daha sonra isə ərazini tərk edib.

Yoxlama zamanı çantada heç bir partlayıcı maddə olmadığı müəyyən edilib. Məhkəmə onu 3 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Medianews.az

Bizə qoşulun