Medianews.az
"Addım-addım vətəndə" bu dəfə Qazaxda -
102 baxış

"Addım-addım vətəndə" bu dəfə Qazaxda - FOTOLAR

Medianews.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı "Addım-addım Vətəndə" layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə əməkdaşlıq etməklə, "açıq qapı" prinsipi ilə tamaşa və tədbirlər keçirir.

Qələbəmizin 5 illiyinə həsr olunmuş layihənin sayca yeddinci səfəri Qazax Dövlət Dram Teatrı ilə birgə Qazaxda həvata keçirilib. Öncə Azərbaycan Respublikasinın Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra aparıcı - Bakı Uşaq və Gənclər Teatrından Mehman Piriyev çıxış edərək, hər iki teatrın yaranma tarixi, repertuarı, iștirak etdiyi beynəlxalq və daxili festivallar haqqında məlumat verib. Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri Əməkdar artist, reiissor, aktyor İntiqam Soltan və Oazax Dövlət Dram Teatrının direktoru v.m.i.e. Allahverdi Musayev çıxışlarında layihə haqqında danışıblar.

Proqramda Qazax Dövlət Dram Teatrının aktvorlarının ifasında musiqi nömrəsi, "İşaxtaran qız' tamasasından bir hissə, Bakı Usaq və Gənclər Teatrının repertuarından "Sevgi Şimșəyi", "Arvadım olun" tamașasından səhnəciklər, Tofiq Isgəndərlinin təqdimatında illuziya nömrələri nümayiş olunub. Tədbirin sonunda Bakı Ușaq və Gənclər Teatrı tərəfindən Qazax Dövlət Dram Teatrına təşəkkürnamə təqdim edilib. Həmçinin Qazax Dövlət Dram Teatrı Bakı Ușaq və Gənclər Teatrına layihənin yüksək səviyyədə təşkilinə görə təşəkkürnamə təqdim edib.

Qeyd edək ki, layihə bundan əvvəl Lənkəranda Lənkəran Dövlət Dram Teatrı ilə, Qusarda Qusar Dövlət Ləzgi Dram Teatrı ilə, Horadizdə Füzuli Dövlət Dram Teatrı, Quzanlıda Agdam Dövlət Dram Teatrı, Sumqayıtda Sumqayıt Dövlət Dram Teatrı, Gəncədə Gəncə Dövlət Milli Dram Teatrı ile birgə həyata keçirilib. Layihəyə teatr ilinin sonunda Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə festival keçirməklə yekun vurulacaq.

Bizə qoşulun