Hazırkı münaqişə bitdikdən sonra Ukraynanın taleyini Rusiya hakimiyyəti həll edəcək .
Medianews.az publika.az-a istinadən xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor deyib.
"Ukrayna cəbhəsi xarabalığa çevrilib. İndi təmas xəttində baş verənlər çox ciddidir. Qərbdə insanlar bunun nə qədər ciddi olduğunu başa düşmürlər", - ekspert bildirib.
Makqreqorun sözlərinə görə, hamı münaqişə bitəndə bunların necə görünəcəyini soruşur. O qeyd edib ki, ruslar nə istəsə, o da olacaq.