Medianews.az
7 yaşlı uşağı qaçırıb öldürən şəxsə edam hökmü -
93 baxış

7 yaşlı uşağı qaçırıb öldürən şəxsə edam hökmü - VİDEO

ABŞ-nin Texsas ştatında Tanner Horner adlı şəxs 7 yaşlı qızı evinin özündən qaçıraraq qətlə yetirib.

Medianews.az xəbər verir ki, cinayətkar barədə məhkəmə qərarı açıqlanıb.

Təqsirləndirilən şəxs cinayəti etiraf edib və ölümcül inyeksiya yolu ilə edama məhkum olunub.

Məhkəmə zamanı səsləndirilən audioyazılar zalda ağır emosional anlar yaradıb. Səs yazılarda təqsirləndirilənin uşağa qarşı zorakı davranışı və qurbanın dəfələrlə “yox” deyərək anasını çağırdığı eşidilib.

Münsiflər heyəti təxminən 3 saatlıq müzakirədən sonra edam hökmü çıxarıb.

Medianews.az

Bizə qoşulun