Venesuelada baş vermiş dağıdıcı zəlzələdən 6 gün sonra xilasedicilər inanılmaz bir möcüzəyə imza atıblar. Dağıntılar altından 3 yaşlı azyaşlı sağ-salamat çıxarılıb.
Medianews.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Təbii fəlakətin üzərindən günlər keçməsinə və ümidlərin itməsinə baxmayaraq, axtarış-xilasetmə qrupları beton blokların altından uşaq səsi eşidiblər.
Saatlar davam edən həssas əməliyyat nəticəsində 3 yaşlı körpə zərər çəkmədən xilas edilərək dərhal xəstəxanaya çatdırılıb.
Həkimlər uşağın vəziyyətinin stabil olduğunu, lakin susuzluqdan əziyyət çəkdiyini və ciddi nəzarət altında saxlanıldığını bildiriblər. Hazırda fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir./Bakıvaxtı.az
01.07.2026, 15:14
78
baxış
AGA
3 yaşlı uşaq 6 gün sonra xilas edildi
Paylaş: