Türkiyənin tanınmış iş adamı və keçmiş “Fənərbağça” prezidenti Aziz Yıldırım qızı Yaz Yıldırımın ödədiyi 6 min lirəlik (təxminən 221 manat) makaron hesabı ilə bağlı yayılan xəbərlərdən sonra həmin restorana baş çəkib.
Medianews.az -ın Türkiyə mediasına istinadən məlumatına görə görə, restoran rəhbərliyi hesabın detallarını Yıldırıma təqdim edib.
Bildirilib ki, makaronun qiymətinin yüksək olmasına səbəb ona əlavə edilən ağ trüfel göbələyi və parmezan pendiri olub. Xüsusilə ağ trüfelin bahalı məhsul olduğu vurğulanıb.
İddialara əsasən, Aziz Yıldırım izahatları dinlədikdən sonra qiymətləndirməni məntiqli hesab edib və hər hansı etiraz etmədən restorandan ayrılıb.