Medianews.az
2027-ci ilin "İdman paytaxtı"
96 baxış

2027-ci ilin "İdman paytaxtı" bəlli oldu

Gənclər və İdman Nazirliyinin 17 mart tarixli Kollegiya iclasında 2027-ci il üçün "İdman paytaxtı" seçilib.

Medianews.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, namizəd şəhərlərin təqdimatlarından sonra Yevlax gələn il üçün ölkəmizin "İdman Paytaxtı" müəyyən olunub.

Həmçinin qeyd edilib ki, Kollegiya iclasında 2026-cı il üçün "İdman səfirləri"nin seçkisi keçirilib. Səsvermə nəticəsində Ülviyyə Fətəliyeva (şahmat), Vəfa Musayeva (alpinizm), Aynur Yusufova (gimnastika), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma), Elçin Əsədov (velosiped) 2026-cı il üçün "İdman səfiri" seçiliblər.

2027-ci ilin İdman paytaxtı bəlli oldu

Bizə qoşulun